
"Barselona" yeni Yamalla müqavilə imzaladı

"Barselona" mövsümü "La Masia"nın bombardiri kimi başa vuran 16 yaşlı Roberto Tomas ilə peşəkar müqavilə imzalayıb.
Metbuat.az xəbər verir ki, futbolçu ilə 2028-ci ilə qədər müqavilə imzalanıb. Roberto Tomas hazırda La Masiada üçüncü mövsümünü keçirir və gələcək üçün böyük perspektiv hesab edilir. “Infantil A”da futbolçu həm 9 nömrəli, həm də hücumameyilli yarımmüdafiəçi kimi oynayıb və 21 qola imza atıb. Uğurlu oyun sayəsində futbolçu “Cadet B” əvəzinə birbaşa “Cadet A”ya yüksəlib.
Bu mövsüm o, “Yuvenil B” komandasında, eləcə də lazım olduqda “Cadet A”da ikiqat vəzifə yerinə yetirib. Futbolçu “B Juvenil”də 10 qol və “Cadet A”da 12 qola imza atıb. Roberto Tomas Lamine Yamaldan təxminən 19 ay kiçikdir.
Oxşar xəbərlər

Ulduz futbolçu "Barselona"dan ayrıldı
Bugun.az

"Qalatasaray" ulduz futbolçu ilə müqavilə imzaladı
Bugun.az

"Barselona" ulduz futbolçunu transfer etdi
Bugun.az

"Barselona", "Qalatasaray" və "Fənərbaxça" bu futb...
Bugun.az

"Real" öz evində "El-Klasiko"da məğlub oldu
Bugun.az

"Barselona" UEFA-ya Arda Güler Barədə Şikayət Etdi
Son Xeberler