
"BakuBus"ı xanım sürücülər idarə edəcək

Bir çox ölkədə qadınlar artıq illərdir ictimai nəqliyyatda avtobus sürücüsü kimi çalışır. Bəs Azərbaycanda qadınlar avtobus sürücüsü olmaq üçün müraciət ediblər?
“Bakubus” MMC-dən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, şirkət gender bərabərliyinin təşviqi və inklüziv iş mühitinin yaradılmasına daim diqqət yetirir. Xüsusilə qadın sürücülərin ictimai nəqliyyata cəlb olunması təşəbbüsü “BakuBus” MMC üçün prioritet mövzulardan biridir. Bu məqsədlə 1 avqust tarixində qadın sürücülər üçün təlimlərə başlanılıb:
“Təlimlərə qoşulan 5 namizəddən 2-si artıq təlim prosesini uğurla başa vurmaq üzrədir. Onlar qapalı təlim meydançasında praktiki bacarıqları tamamlayaraq “BakuBus” MMC-nin istismarında olan avtobuslarla şəhər turu üzrə praktiki təlimlərini davam etdirirlər. Növbəti mərhələdə namizədlər nəzəri və praktiki imtahan verəcəklər və uğur qazandıqları təqdirdə, rəsmi olaraq sürücü kimi fəaliyyətə başlayacaqlar”.
““BakuBus” MMC olaraq inanırıq ki, qadın sürücülərin ictimai nəqliyyatda iştirakı xidmət mədəniyyətinin yüksəldilməsinə, təhlükəsizlik səviyyəsinin artırılmasına və sosial inkişafın dəstəklənməsinə mühüm töhfə verəcək”, - deyə açıqlamada qeyd olunub.
Sevinc İbrahimzadə / Metbuat.az
Oxşar xəbərlər

SON DƏQİQƏ! 18 metrlik “BakuBus” avtobusu qəzaya u...
Son Xeberler

"Bakubus" yarım milyon manatlıq geyim alır
Son Xeberler

Bakıda daha bir “BakuBus” yandı
Son Xeberler

“BakuBus”un rəhbəri vəzifəsindən azad edildi
Son Xeberler

“Bakubus”lara məxsus avtobuslar niyə yanır?
Son Xeberler

Metronun qarşısından hərəkət edəcək əlavə avtobusl...
Son Xeberler