Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bakıya gətirilən yaralıların vəziyyəti açıqlandı

27.12.2024 13:25 140 baxış sayı 1 dəq. oxuma Metbuat
Bakıya gətirilən yaralıların vəziyyəti açıqlandı

"Təyyarə qəzasından sonra Azərbaycana gətirilmiş bir nəfərə sabah osteosintez əməliyyatı icra olunacaq".

Metbuat.az xəbər verir ki, bunu “Yeni Klinika”nın baş həkimi Eldar Əhmədov jurnalistlərə açıqlamasında deyib.

    Həkim deyib ki, dünən klinikaya 7 radələrində 14 xəstə daxil olub:

    “Xəstələr gələndə neyrocərrahi, travmatoloji briqada hazır gözləyirdi. “Yeni Klinika”da müalicə alan xəstələrdən bir nəfərin vəziyyəti hazırda ağır, digər bir nəfərin vəziyyəti isə orta ağırdır. Xəstələrdə bədənin müxtəlif küt travmaları, sümük sınıqları, bir xəstəyə baldır sümüyünün açıq-qəlpəli sınığı diaqnozu qoyulub. Sabah bir nəfər xəstə osteosintez əməliyyatına alınacaq".

    Xatırladaq ki, dekabrın 26-da “Yeni Klinika”ya gətirilmiş 14 xəstədən 13-ü palata şəraitində, biri isə reanimasiyada müalicə alır.

    E
    Telekom müxbiri

    Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

    Bütün məqalələrə baxın
    Paylaş: