
Bakıda yeni hava limanı bu tarixdə açılacaq

Ələt Azad İqtisadi Zonasında multimodal karqo hava limanının inşası ilə bağlı investorlarla razılaşmışıq. Bu layihənin icrasına artıq başlanılıb və 2026-cı ildə fəaliyyətə başlaması gözlənilir.
Metbuat.az xəbər verir ki, bu barədə Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədr müavini İsmayıl Manafov Şuşada keçirilən 6-cı ECO biznes-forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hava limanı illik 500 min ton yükaşırma potensialına malikdir və rəqəm 2 milyon tona qədər artacaq.
“Əsas məqsəd investorları cəlb etmək və ixracı inkişaf etdirməkdir. Ələt İqtisadi Zonasında bu il iki fabrik açacağıq. On şirkət artıq qeydiyyatdan keçməkdədir”, - deyə İsmayıl Manafov qeyd edib.
Oxşar xəbərlər

Dəməşq beynəlxalq hava limanı fəaliyyətini bərpa e...
Bugun.az

Bakıda yeni hava limanı tikilir
Bugun.az

Bu yollarda sürət həddi endirildi
Son Xeberler

Hava Limanı Yolunda Sürət Həddi Azaldılıb
Bugun.az

Hava Limanı yolundan istifadə edənlərin nəzərinə
melumat.tv

Bakıda ilk
Xəbər Anı