
Bakıda Strateji Marketinq Forumu keçiriləcək

Bakıda yerli şirkətlər üçün strateji düşüncə bacarıqlarının inkişafına həsr olunmuş Strateji Marketinq Forumu keçiriləcək.
Metbuat.az-ın media dəstəyi ilə keçirilən tədbir sentyabrın 28-də baş tutacaq.
Forumun keçirilməsində məqsəd şirkətlərdə strateji düşüncə mədəniyyətinin formalaşdırmaqdır. Ravan Academy tərəfindən təşkil olunan Strateji Marketinq Forumu yerli şirkətlərdə strateji yanaşma mədəniyyətinin inkişafına xidmət edir. Forumun təşkilatçıları bildirirlər ki, qısamüddətli kampaniyalarla davamlı uğur əldə etmək mümkün deyil və əsas güc uzunmüddətli planlama, düzgün mövqe seçimi və strateji qərarlardan keçir.
Ravan Academy-nin CEO-su və Strateji Marketinq Forumunun təşkilati komanda rəhbəri Rəvan Beydullayev vurğulayıb ki, forum çərçivəsində bir sıra qlobal markaların sırf Azərbaycan bazarı üçün tətbiq etdiyi marketinq strategiyaları müzakirə ediləcək:
"Forumun əsas məqsədi şirkət rəhbərlərinə, marketinq menecerlərinə və mütəxəssislərə strateji düşüncə bacarıqlarını aşılamaq, onları qlobal təcrübəyə daha yaxınlaşdırmaq və yerli bazarda tətbiq edilə biləcək yeni yanaşmaları təqdim etməkdir
Bununla yanaşı, rəqəmsal transformasiya, müştəri davranışlarının dəyişməsi, süni intellektin marketinqdə rolu və data əsaslı qərarların əhəmiyyəti də əsas mövzular sırasında olacaq. Bu yanaşmaların yerli bazara təsiri şirkətlərə daha effektiv qərar qəbul etməyə imkan verəcək, eyni zamanda müştəri məmnuniyyətini artıracaq və bazarda sağlam rəqabəti gücləndirəcək”.
Forumun gələcək planları barədə danışan təşkilatçılar qeyd ediblər ki, layihənin regional və beynəlxalq miqyasda genişləndirilməsi nəzərdə tutulur:
"Yaxın gələcəkdə forumu regional bazarlara çıxarmaq və daha sonra beynəlxalq müzakirə mərkəzinə çevirmək hədəfimizdir. Beləliklə, Azərbaycan yalnız istehlak bazarı kimi deyil, həm də marketinq ideyalarının formalaşdığı və paylaşıldığı mühüm bir platforma kimi mövqelənəcək".
Oxşar xəbərlər

Tehranda forum keçiriləcək - Azərbaycan da iştirak...
Bugun.az

Bakıda Din Xadimlərinin Forumu keçiriləcək
Bugun.az

Bakıda Dünya Çempionatı Keçiriləcək
Bugun.az

Azərbaycan Karyera İnkişaf Forumu keçiriləcək
Edumap.az Təhsil Portalı

Bakıda Təhsil Forumu: "Tərəfdaşlıqdan Tərəqqiyə" D...
Bugun.az

Bakıda 10 milyard dollarlıq sənədlər imzalandı
Bugun.az