
Bakıda iş və dərs saatlarının vaxtı dəyişir - Dəyişkən qrafikə keçiləcək

Dövlət orqanları (qurumları), təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə əsasən təşkil olunacaq.
Metbuat.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.
Dövlət Proqramına əsasən, 2025-2026-cı illərdə sözügedən tədbirlərin icrası nəzərdə tutulur.
Bununla yanaşı, 2025-2029-cu illər ərzində Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsirinin qiymətləndirilməsi və müvafiq təkliflərin hazırlanmasını təmin ediləcək.
Həmçinin, 2025-2030-cu illərdə ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə “məktəb avtobusları”ndan istifadənin təşkili planlaşdırılır.
Oxşar xəbərlər

“Dərs vaxtı”nın sabaha olan yayım vaxtı dəyişdi
Son Xeberler

"Dərs vaxtı"nın sabah üçün cədvəli
SON Xəbər

"Dərs vaxtı"nın 15 sentyabr cədvəli
Son Xeberler

Teledərslərin sabaha olan cədvəli
Son Xeberler

Teledərslərin oktyabrın 8-nə olan cədvəli
Son Xeberler

Teledərslərin sabaha olan cədvəli
Son Xeberler