
Bakıda bu küçələr tam bağlanır

Fevralın 1-də saat 06:00-dan etibarən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında aparılacaq təmir-tikinti işləri ilə əlaqədar sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, hərəkətin məhdudlaşdırılması təmir-tikinti işləri bitənədək qüvvədə olacaq.
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, - məlumatda bildirilib.
Oxşar xəbərlər

Bakıda məşhur şadlıq sarayı bağlanır - FOTO
Bugun.az

"Xəzər"də daha bir veriliş bağlanır
Şou Xəbər

"Vasmoy" bazarı bağlanır -
Son Xeberler

Zəfər Günü münasibətilə təntənəli bayram konserti...
Bugun.az

** Bakıda COP29 Xüsusi Nəqliyyat Zolaqlarında Mini...
Bugun.az

İçərişəhərə avtomobillə giriş məhdudlaşdırılır, bə...
Xəbər Anı