
Bakıda binalara xüsusi cihaz yerləşdiriləcək

Azərbaycanda çoxmərtəbəli yaşayış binalarının zəlzələyə dayanıqlılığını yoxlamaq üçün cihazlar yerləşdiriləcək.
Azərbaycan Memarlıq və İnşaat Universitetindən bildirilib ki, təhsil müəssisəsinin Zəlzələ Araşdırmaları Mərkəzi tərəfindən böyük tədqiqat aparılıb.
Universitetin professoru Azər Qasımzadənin sözlərinə görə, tədqiqatın nəticəsi olaraq ölkə ərazisində, xüsusən Bakıda yerləşən çoxmərtəbəli yaşayış binalarında cihazlar yerləşdiriləcək:
"Bu cihazlar vasitəsilə mütəmadi olaraq binaların zəlzələyə davamlılığı barədə monitorinq aparılacaq. Beləliklə, risklər müəyyənləşdiriləcək və baş verə biləcək problemin qarşısını vaxtından əvvəl almaq mümkün olacaq".
"Layihənin tətbiqi üçün işlərə başlanılıb və yaxın zamanda aidiyyəti qurumlarla görüşlər təşkil olunacaq", - deyə professor qeyd edib.
Ətraflı "Xəzər Xəbər"in süjetində:
Oxşar xəbərlər

Galaxy Z Fold Xüsusi Nəşr: Qutudan Çıxarılmış!
Texnologiya xəbərləri

Mövsümü gəlsə də, Bakıda binalara istilik verilmir
Son Xeberler

Galaxy S25-in Yeni Rəng Variantı: Titan Ağ-Gümüş
Texnologiya xəbərləri

LG və Samsung Birgə Yeni Telefon Hazırlayır
Texnologiya xəbərləri

Samsung Galaxy Seriyasına İki Yeni "Gizli" Model Ə...
Texnologiya xəbərləri

Xiaomi Telefonlarda Özelleşdirməni Çətinləşdirir
Texnologiya xəbərləri