Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bakıda 7-ci sinif şagirdi vəfat etdi -FOTO

01.11.2025 05:32 5 baxış sayı 1 dəq. oxuma Metbuat
Bakıda 7-ci sinif şagirdi vəfat etdi -FOTO

Bakıda ağır itki yaşanıb. Paytaxtın 235 nömrəli tam orta məktəbinin 7-ci sinif şagirdi Fərizə Səftər qızı Əliyeva vəfat edib. Məktəb rəhbərliyi yeddinci sinif şagirdinin ölümü barədə məlumat yayıb.


Məktəb kollektivi hadisə ilə bağlı dərin hüzn ifadə edib. Bildirilib ki, 7 “a” sinif şagirdi Fərizə Səftər qızı Əliyeva uzun müddətdir ki, ciddi sağlamlıq problemi ilə mübarizə aparırdı. O, uzun müddət böyrək çatışmazlığından əziyyət çəkirdi. Təəssüflər olsun ki, qızımız bu gün həmin xəstəlik səbəbindən dünyasını dəyişib.


Məktəbin bəyanatında Fərizənin şəxsi keyfiyyətləri də xatırladılıb. Fərizə mehriban, tərbiyəli və çalışqan bir qız kimi tanınırdı. Onun vaxtsız vəfatı ailəsini, məktəb yoldaşlarını və müəllimlərini kədərləndirib.


Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: