🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

"Bakcell"in Baş İcraçı Direktoru "INMerge" İnnovasiya Sammitində Çıxış Edib

12.10.2024 16:25 25 baxış sayı 3 dəq. oxuma
"Bakcell"in Baş İcraçı Direktoru "INMerge" İnnovasiya Sammitində Çıxış Edib

"Bakcell"in baş icraçı direktoru "INMerge" İnnovasiya Sammitində çıxış edib


İnnovasiya və sürət lideri "Bakcell", "INMerge" İnnovasiya Sammitinin tərəfdaşı olaraq, bu mühüm tədbirdə iştirak edib. Sammitin ilk günündə "Bakcell"in baş icraçı direktoru Klaus Müller, "Aparıcı telekom şirkətlərinin uğurlu strategiyaları" adlı panel müzakirəsinə qatılıb.


Müzakirədə Klaus Müller ilə yanaşı, "Vodafone Group"un regional direktoru Yohannes Hummer, "GSMA"nın strateji əlaqələr üzrə direktoru Tair İsmailov və "Silknet"in İT direktoru Cheibanny Nagi də iştirak edib. Sessiyada Klaus Müller "Bakcell"in həyata keçirdiyi innovativ layihələr və məhsullar, gələcək planlar, həmçinin şirkətin "Vodafone Group"la olan strateji tərəfdaşlığının əhəmiyyəti barədə geniş məlumat verib. "Bakcell" və "Vodafone Group" arasında əməkdaşlıq ölkəmizdə abunəçilərə süni intellekt əsaslı innovativ həllər və texnologiyalar təqdim etməyə imkan yaradacaq. "Vodafone Group"la əməkdaşlıq çərçivəsində "Bakcell" Azərbaycanda ilk dəfə süni intellekt əsaslı tarif məsləhətçisini istifadəyə verib. Müzakirə iştirakçıları, "Bakcell"in "Kapital Bank" və "Uber"lə birgə həyata keçirdiyi layihələr barədə məlumatlandırılıblar.


"Bakcell"in "INMerge" İnnovasiya Sammitindəki stendi də qonaqların böyük marağına səbəb olub. Ziyarətçilər stenddə "Bakcell"in ultrasürətli şəbəkəsini sınaqdan keçirərək, virtual reallıq (VR) texnologiyası, şirkətin müxtəlif məhsul və xidmətləri ilə tanış olublar.


Tədbir çərçivəsində "Bakcell"in süni intellekt dəstəkli çat-botu da təqdim edilib.


Qeyd edək ki, oktyabrın 10-11-i tarixlərində keçirilən "INMerge" İnnovasiya Sammiti, innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmağı hədəfləyir.


"Bakcell" haqqında


"Bakcell", Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda "Bakcell" üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.


"Bakcell", müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.


Paylaş: