
Bağça müəllimi uşaqların ağzını yapışdırıcı lentlə bağladığı üçün işdən çıxarılıb -FOTO

Gəncə şəhərində uşaq-inkişaf mərkəzi və özəl bağça kimi fəaliyyət göstərən mərkəzlərdən birində müəllim uşaqların ağzını yapışdırıcı lentlə bağlayıb.
Metbuat.az "Teleqraf"a istinadən xəbər verir ki, olay "Kiçik dahilər" Uşaq İnkişaf Mərkəzində baş verib və müşahidə kameralarına düşüb.
Görüntülərdən məlum olur ki, azyaşlıların təlim-tərbiyəsi ilə məşğul olan qadın müəllim onların ağzını yapışdırıcı lentlə bağlayır. Hadisə otaqda sakitlik olan və uşaqlar bir-biri ilə oynadığı zaman baş verir. Lakin bunun cəza yoxsa, oyun xarakterli olduğu aydınlaşmır.
"Kiçik dahilər" Uşaq-İnkişaf Mərkəzinin nümayəndəsi Pərvanə Muradova açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, hadisə yanvarın 30-da qeydə alınıb və müəllim artıq işdən çıxarılıb:
“Müəllim oyun niyyəti ilə, uşaqların öz istəyi əsasında onların ağızlarına "skoç" vurub. Lakin bizimlə şəxsi problemləri olan bir valideyn bundan istifadə edərək, şikayətləndi və bizim üçün problem yarandı. Məhz bu səbbədən 2-3 gün sonra həmin müəllimi işdən azad etməli olduq. O, düzgün hərəkət etməsə də, bunu sadəcə, oyun niyyəti ilə edib”.
Mərkəzin rəhbəri Əfsanə Kazımova isə bildirib ki, məsələdən bir neçə gün sonra xəbər tutub və həmin müəllim işdən azad olunub:
"Müəllim bunu uşaqların öz istəyi ilə edib və pis bir niyyəti olmayıb. Lakin bizimlə şəxsi problemləri olan bir valideyn bu məsələni qabardıb, digər valideynlərin isə şikayəti olmayıb".
Mərkəz özəl sahibkarlıq subyekti kimi fəaliyyət göstərdiyi üçün Elm və Təhsil Nazirliyindən məsələyə münasibət bildirilməyib: "Mərkəz heç bir qurumun tabeliyində olmadığından nazirlik məsələyə qarışa bilmir".
Qeyd edək ki, "Kiçik dahilər" Uşaq İnkişaf Mərkəzi ötən ilin sentyabrından fəaliyyət göstərir.
Oxşar xəbərlər

Bağça Müəllimləri üçün Diaqnostik Qiymətləndirmə
Bugun.az

Hikmət Məmmədov işdən çıxarıldı - FOTO
Bugun.az

ADA İbtidai Məktəbdə vakansiya: İbtidai məktəb müə...
Edumap.az Təhsil Portalı

Rus dili müəllimi vakansiyası
Edumap.az Təhsil Portalı

500 Manatlıq Kitabı Pulsuz Aparan Nazir Müavini -...
Son Xeberler

Ana iki övladı ilə həyatına son qoydu:
Xəbər Anı