Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Azərbaycanla Çin arasında viza rejiminin ləğvi bu tarixdən qüvvəyə minir

24.06.2025 13:25 39 baxış sayı 1 dəq. oxuma Metbuat
Azərbaycanla Çin arasında viza rejiminin ləğvi bu tarixdən qüvvəyə minir

Pekində imzalanmış “Azərbaycan ilə Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” iyulun 16-da qüvvəyə minir.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili proseduralar tamamlanıb.

Sazişə əsasən, Azərbaycanın etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları və Çinin etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları digər ölkə ərazisinə daxil olmaq, oranı tərk etmək və yaxın tranzit keçmək üçün hər səfər ərzində otuz (30) gündən çox olmamaqla və hər yüz səksən (180) günlük dövr ərzində ümumilikdə doxsan (90) gün müddətini aşmamaqla viza tələbindən azad edilir.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: