
Azərbaycanın şahmatçıları Avropa çempionatında iştirak edəcək

Azərbaycanın 13 şahmatçısı martın 15-26-sı aralığında Rumıniyanın Eferi-Nord şəhərində keçiriləcək şəxsi Avropa çempionatında mübarizə aparacaq.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Rumıniyada ölkəmizin adından Aydın Süleymanlı, Nicat Abasov, Məhəmməd Muradlı, Əhməd Əhmədzadə, Misrətdin İskəndərov, Read Səmədov, Vüqar Manafov, Şiroğlan Talıbov, Elmar Atakişiyev, Xaqan Əhməd, Süleyman Süleymanlı, Şahin Vəliyev və Ümid Aslanov çıxış edəcək.
Qeyd edək ki, Avropa çempionatında yüksək nəticə göstərəcək şahmatçılar Dünya Kubokuna vəsiqə qazanacaqlar. 11 turdan ibarət yarışın mükafat fondu 100 min avrodur.
Oxşar xəbərlər

Azərbaycan Boksçuları Avropa Çempionatında Uğurlu...
Bugun.az

Həsrət finala yüksəldi
Bugun.az

AMF Prezidenti U-23 Millisi ilə Görüşdü
Son Xeberler

Azərbaycanın iki güləşçisi finalda - Avropa çempio...
Bugun.az

Azərbaycan güləşçisi Avropa çempionu oldu
Bugun.az

Azərbaycanın daha bir güləşçisi virtual yarışda iş...
İdman Xəbər