Azərbaycanın bu rayonu silkələndi
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23.11.2024-cü il tarixində yerli vaxtla saat 12:10-da Ağdam seysmik stansiyasından 74 km cənub-qərbdə, Laçın rayonunda 10 km dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
***
Ağdam stansiyasından 74 km cənub-qərbdə Laçın rayonu ərazisində noyabrın 23-də zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan Metbuat.az-a verilən məlumata görə, yerli vaxtla saat 12:10-da qeydə alınan yeraltı təkanların maqnitudası 4.5-ə bərabər olub.
Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Təkanlar Qarabağ və Şərqi Zəngəzurda hiss olunub.
Oxşar xəbərlər
Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya...
Son Xeberler
Azərbaycanın 17 günə işğaldan azad etdiyi ərazilər...
Son Xeberler
Ermənistan dövlət sərhədində də atəşkəsi pozdu
Son Xeberler
Qaz Təchizatı Dayandırılır: Sabunçu, Qaradağ, Sura...
Son Xeberler
Rusiya Azərbaycandan pomidor idxalına icazə verdi
Son Xeberler
Bu kəndlər də azad edildi -
Son Xeberler