Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Azərbaycanın bu rayonu ləğv edilir

04.11.2025 16:22 9 baxış sayı 2 dəq. oxuma Metbuat
Azərbaycanın bu rayonu ləğv edilir

Sədərək rayonunun ləğv edilməsi ilə bağlı ciddi narahatlıqlar yaranıb. Əhali son günlərdə baş verən iki hadisəni rayonun bağlanmasına hazırlıq kimi qiymətləndirir. Əvvəlcə, bir həftə əvvəl hökumət nümayəndələri Sədərəkdə yerləşən "Kapital bank"ın bankomatını sökdülər.


Bundan bir neçə gün sonra isə rayon xəstəxanasında olan bəzi tibbi aparatlar sökülərək Şərura aparılıb. Sakinlər bu hərəkətləri Sədərək rayonunun inzibati strukturunun aradan qaldırılması istiqamətində atılan addımlar hesab edirlər. Politoloq Heydər Oğuz rayondakı mənbələrinə istinadən bu məlumatı paylaşıb.


Qeyd edək ki, politoloq Heydər Oğuz daha əvvəl Azərbaycanda kiçik rayonların birləşdirilməsi təşəbbüsünü irəli sürmüşdü. O, ölkənin ən kiçik rayonu olan Sədərəyi misal göstərmişdi. Rayon cəmi 220 kvadrat kilometr sahəni əhatə edir, bir neçə min əhalisi var və tərkibində 3 kənd (bunlardan biri işğal altındadır) mövcuddur. Oğuz hesab edirdi ki, belə kiçik inzibati vahidlərdə struktura xərc çəkmək artıqdır; o, həmin vəsaitlərin birbaşa orada yaşayan insanların ehtiyaclarına yönəldilməsini təklif etmişdi. Son söküntü işləri bu planın icrasına başlanılması fikrini gücləndirir.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: