🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Azərbaycanda qeydə alınan inflyasiya açıqlandı

10.07.2025 12:25 7 baxış sayı 2 dəq. oxuma
Azərbaycanda qeydə alınan inflyasiya açıqlandı

2025-ci ilin iyun ayında istehlak qiymətləri indeksi 2024-cü ilin iyun ayına nisbətən 106,0 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107 faiz, qeyri-qida məhsulları üzrə 102,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,2 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, bu ilin iyununda istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 faiz, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,9 faiz təşkil edib.

2025-ci ilin iyunda qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 98,8 faiz, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,6 faiz olub.

Cari ilin iyununda əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma uzun düyünün, kolbasa məmulatlarının, balıq və balıq məhsullarının, günəbaxan və qarğıdalı yağlarının, limonun, göyərtinin, təbii balın, ucuzlaşma isə yumurtanın, bananın, armudun, alçanın, əriyin, çiyələyin, ağ kələmin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, lobyanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, soğanın, kartofun qiymətlərində müşahidə olunub.

İyunda əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən tibbi xidmətlərin, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və ölkədaxili istirahət turlarının qiymətlərində baş verib.

Paylaş: