Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Azərbaycanda evdən işləmək qanuniləşir

03.12.2025 16:42 10 baxış sayı 2 dəq. oxuma Metbuat
Azərbaycanda evdən işləmək qanuniləşir

Azərbaycanda məsafədən (distant) işləməyin qanuni əsasları formalaşır. Bu yenilik Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsində öz əksini tapıb. Məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Təklif olunan dəyişikliklər ölkədə yeni iş modelinin hüquqi çərçivəsini müəyyənləşdirir.


Layihəyə əsasən, Əmək Məcəlləsinin vəzifələri və prinsiplərinə "məsafədən (distant) iş" adlı yeni anlayış əlavə olunur. Bu yeni tərif əmək funksiyasının müəssisədən kənarda, yəni işəgötürənin yaratdığı iş yerlərindən başqa, işlərin görülməsi üçün münasib olan hər hansı digər yerdə yerinə yetirilməsi deməkdir. İşin icrası üçün xüsusi vasitələrdən istifadə olunmalıdır. Bunlara elektron, proqram-texniki və telekommunikasiya vasitələri aid edilir. Bu dəyişiklik işçilərə evdən işləmək imkanı yaradır və Azərbaycanın əmək bazarına müasir yanaşmalar gətirir.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: