🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Azərbaycanda ən ucuz torpaq hansı rayondadır? - QİYMƏTLƏR

27.08.2025 09:25 1 baxış sayı 3 dəq. oxuma
Azərbaycanda ən ucuz torpaq hansı rayondadır? - QİYMƏTLƏR

Son dövrlər onlayn əmlak platformalarında satışa çıxarılan elanlar göstərir ki, Azərbaycanın müxtəlif bölgələrində torpaq sahələrinin qiymətləri kəskin fərqlənir. Bəzi rayonlarda minimum qiymətlər simvolik həddə qədər düşsə də, bu ucuzluğun arxasında sənəd və təyinat problemləri dayanır.

Metbuat.az daşınmaz əmlak elan saytlarında apardığı kiçik araşdırmada maraqlı nəticələri üzə çıxarıb.

Şimal bölgəsində, xüsusən Qubada çıxarışlı və yaşayış təyinatlı kiçik sahələr 1 000 – 90 000 manat aralığında satılır. Məsələn, Qəçrəşdə 11 sot torpaq üçün 92 min manat istənilir. Ərazi dağ və çay mənzərəsi ilə seçilir, Qudyalçayın yaxınlığında yerləşir. Qiymətlər isə mərkəzə doğru yüksələn xətt üzrə dəyişir. Qubanın dağlıq və mərkəzdən uzaq hissələrində isə torpağın sotu 300 manata təklif olunur. Xaçmazda da eyni tendensiya müşahidə edilir: mərkəzi ərazilərdə qiymətlər bahadır, lakin kənd və dağətəyi yerlərdə sot qiyməti 800 manat-dan başlayır. Məsələn, Bəyqışlaq kəndində 40 sot torpaq sahəsinin sənədləri tam qaydasında olmaqla məhz bu qiymətə satışa çıxarılıb.

Cənub bölgəsində sənədləri qaydasında olan torpaqların qiyməti 6–12 min manatdan ucuz deyil. Astarada bu göstərici daha yüksəkdir – torpaqlar 8–18 min manat arasında dəyişir. Dənizkənarı ərazilərdə isə qiymətlər bir qədər də artır. Masallıda isə ən ucuz torpaq sahələrinin bir sotu 1 000 manatdan başlayır. Belə elanlardan biri rayonun Şərəfə kəndində yerləşən torpaq sahəsinə aiddir.

Qərb bölgəsində də müxtəlif qiymətlər müşahidə olunur. Şəkidə ən ucuz torpaq elanları 2 500 manatdan başlayır. Rayonun Baş Göynük kəndində isə sot qiyməti 300–1 000 manat aralığında dəyişən torpaq sahələri satışa çıxarılıb. Oğuz rayonunda da oxşar mənzərə var: burada bəzi torpaq sahələri 600–2 400 manat civarında təklif edilir.

Əmlak ekspertlərinin sözlərinə görə, çox aşağı qiymətlə satılan torpaqların əksəriyyətində sənəd və təyinat problemləri mövcuddur. Onların qənaətincə, çıxarışlı, yaşayış təyinatlı 5–12 sotlu torpaqların real bazar qiyməti əksər rayonlarda 5 000 – 30 000 manat aralığında dəyişir.

Metbuat.az

Paylaş: