Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​Azərbaycana mehriban qonşu olmaq istəyirik - Kostanyan

08.12.2024 06:25 83 baxış sayı 1 dəq. oxuma Metbuat
​Azərbaycana mehriban qonşu olmaq istəyirik - Kostanyan

Birinci istiqamət qonşularımızla münasibətlərimizdir. Bizim dörd qonşumuz var: Gürcüstan, İran, Azərbaycan və Türkiyə. Və hesab edirik ki, dörd qonşumuzla heç olmasa, mehriban qonşuluq münasibətlərimiz olmalıdır.

Metbuat.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Bəhreyndə keçirilən “Manama dialoqu” beynəlxalq forumunda çıxış edərkən deyib.

“Xarici siyasət prioritetlərimizin ikinci təbəqəsi isə xarici siyasətimizin şaxələndirilməsidir. Hazırda bizim xarici siyasətimizin məqsədi bir qədər fərqlidir və onu qısaca ifadə etsək, məqsəd suverenliyimizi, ərazi bütövlüyümüzü, sərhədlərimizin toxunulmazlığını, eləcə də demokratiyanı qorumaqdır. İndi də bu qavrayışı nəzərə alaraq tərəfdaşlarımızla əlaqələri inkişaf etdirməyə çalışırıq”, - Kostanyan bildirib.

S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: