Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Azərbaycan və Türkiyə XİN rəsmiləri müzakirə apardı

29.08.2025 20:25 17 baxış sayı 1 dəq. oxuma Metbuat
Azərbaycan və Türkiyə XİN rəsmiləri müzakirə apardı

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Türkiyədə bu ölkənin xarici işlər nazirinin müavini A.Berris Ekinci ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Qeyd olunub ki, nazir müavinləri ikitərəfli gündəliyin aktual istiqamətlərini və regional məsələləri müzakirə ediblər.

Türkiyə Xarici İşlər Nazirliyindən isə bildirilib ki, görüş zamanı ikitərəfli və çoxtərəfli əlaqələr, Türkiyənin COP31-ə ev sahibliyinə namizədliyi, Cənubi Qafqazdakı cari proseslər ətrafında fikir mübadiləsi aparılıb.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: