
Azərbaycan PUA operatorları Qazaxıstanda beynəlxalq təlimdə iştirak edib

Azərbaycan, Qazaxıstan və Qırğızıstan Fövqəladə Hallar nazirliklərinin (FHN) pilotsuz uçuş aparatlarının (PUA) operatorları sentyabrın 15-19-da Almatı şəhəri və Almatı vilayətində fövqəladə halların qarşısının alınması və aradan qaldırılmasında dronların istifadəsinə həsr olunmuş beynəlxalq təlimdə iştirak ediblər.
Metbuat.az xəbər verir ki, bu barədə Qazaxıstan FHN məlumat yayıb.
Tədbir Fövqəladə Hallar və Təbii Fəlakət Risklərinin Azaldılması Mərkəzi tərəfindən Beynəlxalq Mülki Müdafiə Təşkilatının (ICDO) və Qazaxıstan FHN-in dəstəyi ilə təşkil edilib.
Təlimdə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında (zərərçəkənlərin axtarışı, sel axını, qar uçqunu, sürüşmə və daşqınların monitorinqi) pilotsuz uçuş aparatlarının əməli tətbiqinə xüsusi diqqət yönəldilib.
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

4 ölkənin iştirakı ilə "Doğu Akdeniz - 2025" təlim...
Azəri Xəbər

Qazaxıstanda prezidentin keçmiş müşaviri qətlə yet...
Azəri Xəbər
"Doğu Akdeniz - 2025" təlimi keçirilib
Azəri Xəbər
Azərbaycan hərbçiləri "Nüsrət-2025 Dəvət Təlimi"nd...
Azəri Xəbər
Azərbaycan hərbçiləri Türkiyədə “Şərqi Aralıq Dəni...
Azəri Xəbər

Azərbaycan hərbçiləri Türkiyədə təlimdədir
Bugun.az


