Azərbaycan Paracüdoçuları Gimnaziadada 8 Medal Qazanıb, 1-ci Oldular
Bəhreyn Krallığının Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında Azərbaycan paracüdoçuları inanılmaz uğur qazanıblar!
Təmsilçilərimiz 8 medal qazanaraq yarışmada 1-ci yeri tutublar. Qızıl medala layiq görülən idmançılarımız İlahə Əzizzadə (+57 kq), Tahir Əlizadə (60 kq) və Hüseyn İsmayılzadə (73 kq) olub. Gümüş medala isə Elnarə Nizamlı (57 kq), Ömər Qurbanov (60 kq), Elxan Nəbizadə (73 kq) və İlham Əzizzadə (+73 kq) sahib çıxıb. Bürünc medalı isə Nurlana Məmmədova (+57 kq) qazanıb.
Qeyd edək ki, Azərbaycan yığması Gimnaziadada 16 növ üzrə 160 idmançı ilə təmsil olunur. Oktyabrın 30-dək davam edəcək oyunlarda ölkəmizi təmsil edən bütün idmançılara uğurlar arzulayırıq!
Etiketlər
Oxşar xəbərlər
Yunan-Roma güləşçiləri Gimnaziadanı 10 medal qazan...
Bugun.az
Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazandı
Bugun.az
Azərbaycan Atleti Avropa Birinciliyində Qızıl və G...
Bugun.az
Azərbaycan Güləşçiləri Dünya Çempionatında 8 Medal...
Bugun.az
Sofiya Məmmədova Zaqreb yarışında bürünc medal qaz...
Bugun.az
Dünya çempionumuz erməni güləşçini
Son Xeberler