Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Azərbaycan millisi Haiti ilə qarşılaşacaq

22.03.2025 10:25 95 baxış sayı 1 dəq. oxuma Metbuat
Azərbaycan millisi Haiti ilə qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan millisi Haiti yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Metbuat.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv 2025-ci ilin ilk matçında rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək.

Qarşılaşmada ədaləti türkiyəli baş hakim Kadir Sağlam qoruyacaq. Ona Dəniz Canər Ozaral, Anıl Usta kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək.

Görüş saat 21:45-də start götürəcək.

Qeyd edək ki, Azərbaycan seçməsi yoldaşlıq oyununda martın 25-də Masazırda Belarus komandası ilə üz-üzə gələcək.

S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: