🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Azərbaycan millisi Avropa çempionatında 15-ci oldu

26.02.2025 21:25 12 baxış sayı 1 dəq. oxuma
Azərbaycan millisi Avropa çempionatında 15-ci oldu

Azərbaycanın yeniyetmələrdən ibarət şpaqa millisi Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa birinciliyində 15-ci olub.

Metbuat.az xəbər verir ki, Nəzrin Mehdiyeva, Xatun Bayramova və Mirnuray Abasovadan ibarət komanda ilk görüşdə Finlandiya yığmasına 45:33 hesabı ilə qalib gəlib.

1/4 finala yüksəlmək uğrunda keçirilən qarşılaşmada Ukraynaya 23:45 hesabı ilə məğlub olan şpaqaçılarımız ardınca 9-16-cı yerlər uğrunda görüşlərdə qüvvəsini sınayıb.

Fransa yığmasına 37:45 hesabı ilə uduzan milli isveçrəli rəqiblərinə 30:45 hesabı ilə məğlub olub.

Komanda 15-ci yer uğrunda qarşılaşmada Litvaya 45:32 hesabı ilə qalib gəlib.

Paylaş: