🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Azərbaycan hərbçiləri şərti düşmənin hədəflərini məhv etdilər

30.01.2025 15:25 25 baxış sayı 1 dəq. oxuma
Azərbaycan hərbçiləri şərti düşmənin hədəflərini məhv etdilər

Türkiyənin Qars şəhərində təşkil olunan “Qış təlimi- 2025” hərbi təlimlərində yeni tapşırıqlar icra olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, təlim çərçivəsində şərti düşmənin olduğu əraziyə daxilolma tapşırıqları icra edilib. Həmçinin helikopterlərlə şərti düşmənin sığınacaqları dağıdılıb.

Bundan başqa, qışda kəskin hava şəraitində döyüş qabiliyyəti və imkanları yoxlanılıb.

Təlimdə Azərbaycan da daxil olmaqla 199 fərqli ölkədən 12 min 199 nəfərlik şəxsi heyət iştirak edir.

Qeyd edək ki, təlimlər yanvarın 16-da başlayıb. Təlim çərçivəsində müxtəlif manevrlər həyata keçirilir.

Paylaş: