
Azərbaycan-Ermənistan Bəyannaməsi Tramp üçün vacibdir - Tammi Bryus

“Azərbaycanla Ermənistan arasında imzalanmış razılaşma ABŞ Prezidenti üçün çox əhəmiyyətlidir”.
Metbuat.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət departamentinin sözçüsü Tammi Bryus deyib. O bildirib ki, dünya artıq Prezident Trampın bu məsələdə nə qədər ciddi olduğunu bilir:
“Tərəflər Ağ Evdə oldular. Bu, administrasiya və dünya üçün vacibdir. Bu barədə çox yazılmadığı üçün bəzi insanlar bəlkə də bilmirlər. Bu iki qonşu onilliklərdir ki, münaqişədədir. Artıq 35 ildən çoxdur ki, saysız-hesabsız insan həyatını itirib, nəsillər zərər görüb. Avropalılar, Fransa, Putin və hətta Bayden münaqişəni bitirməyə cəhd etsə də yalnız Prezident Tramp bu tarixi sülhü razılaşdırmaq üçün bu iki ölkəni uğurla bir araya gətirə bildi. Ona görə də düşünürəm ki, dünya bilir ki, Tramp münaqişələrin və ya ədavətin nə qədər davam etməsindən asılı olmayaraq, ölkələr arasında uzunmüddətli, davamlı sülhə sadiqdir. O, realistdir və bu öhdəlik gördüyümüz kimi diplomatiyaya əsaslanır. O, müharibələri dayandırmaq üçün ABŞ Prezidenti olmaqdan maksimum yararlanaraq əlindən gələni edəcək”, - deyə Tammi Bryus əlavə edib.
Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsin...
Bugun.az

Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləy...
Bugun.az

Suriya İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiya...
Azəri Xəbər

Sərhədin delimitasiyası prosesində irəliləyiş var...
Bugun.az

Quterreş Azərbaycan və Ermənistan liderlərinin gör...
Bugun.az
"Tramp marşrutu"nun 49 və ya 99 illik icarə ssenar...
Azəri Xəbər


