Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Azərbaycan elmində ağır itki

12.01.2025 08:25 126 baxış sayı 2 dəq. oxuma Metbuat
Azərbaycan elmində ağır itki

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkologiya kafedrasının dosenti Gülxanım Vəliyeva vəfat edib.

Metbuat.az xəbər verir ki, alim 81 yaşında dünyasını dəyişib.

Gülxanım Vəliyeva 1944-cü il oktyabrın 7-də Bakı şəhərində anadan olub. 1953-1963-cü illərdə Bakı şəhəri 125 saylı orta məktəbdə, 1963-1968-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. 1970-ci ildən BDU-da çalışır. 1984-cü ildə “Azərbaycan dili Şərqi Abşeron şivələrinin leksikası” mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

1990-cı ildə dosent elmi adını alan Gülxanım Vəliyeva 1968-1970-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi, 1970-1983-cü illərdə BDU-nun Türkologiya kafedrasında baş laborant, 1984-1990-cı illərdə Türkologiya kafedrasında baş müəllim, 1990-cı ildən həmin kafedranın dosenti kimi fəaliyyət göstərib. Gülxanım Vəliyeva həmçinin, 1985-1990-cı illərdə Filologiya fakültəsinin Həmkarlar İttifaqının sədri, 2000-2001-ci illərdə Bakı Qızlar Universitetində elmi işlər üzrə prorektor, 2008-2011-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Filologiya elmləri üzrə Ekspert Şurasının elmi katibi vəzifələrində çalışıb.

Gülxanım Vəliyevanın əsas tədqiqat sahəsi türkologiya və Azərbaycan dialektologiyası olub. O, 5 dərs vəsaiti, 4 metodik göstəriş və proqram, 40-a yaxın elmi məqalənin müəllifi idi.

Allah rəhmət eləsin!

G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: