
ANAMA aylıq məlumatı açıqladı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.
Metbuat.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.
Bildirilib ki, azad olunan ərazilərdə sentyabr ayı ərzində 118 tank əleyhinə mina,522 piyada əleyhinə mina, 5286 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin 5622.9 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.
Oxşar xəbərlər

Noyabrda aşkarlanan minaların sayı açıqlandı
Bugun.az

ANAMA-nin işçisi minaya düşdü
Son Xeberler

Nazir əmək pensiyasındakı artımı açıqladı - MƏBLƏĞ
Bugun.az

ANAMA və DİN əhaliyə xəbərdarlıq edib
Son Xeberler

ANAMA vətəndaşlara müraciət etdi
Son Xeberler

Rayonlarda yağıntının miqdarı normanı ötdü, çaylar...
Bugun.az