
Alonso Ardaya "Barselona" matçında etdiyi səhvlə bağlı bunu deyibmiş

"Real Madrid"in baş məşqçisi Xabi Alonso "Barselona"ya qarşı oyunda səhv edən yarımmüdafiəçi Arda Gülerlə söhbət edib. Məlumata görs, bu söhbətin detalları artıq ictimaiyyətə açıqlanıb. "Defensa Central" nəşri bildirir ki, Alonso gənc oyunçuya təsəlli verib. Bu hadisə "Real Madrid"in "El Klassiko"da "Barselona"nı 2:1 hesabı ilə məğlub etməsindən sonra baş tutub.
Matç zamanı Arda Gülerin etdiyi səhv vacib bir məqama təsir edib. "Barselona" hesabı 1-1 edən qolu məhz Arda Gülerin topu itirdiyi hücumdan sonra vurmuşdu. Oyundan sonra Alonso Ardaya yönələrək ona dəstək olub. Məşqçi ona səhvi tez unutmasını və oyuna diqqət etməsini tövsiyə edib. Xabi Alonso Ardaya sadəcə "Səhvi unudub oynamağa davam etməni istəyirəm", - deyə bildirib. Bu, gənc oyunçunun ruh yüksəkliyini bərpa etməyə xidmət edən mühüm bir jest idi.
Formula 1, avtomobil yarışları və motor idmanları üzrə yazıram. Bakıda Formula 1 yarışları keçirilməyə başlayandan bəri bu maraq daha da böyüyüb.
Bütün məqalələrə baxınOxşar xəbərlər

“El Klasiko” matçı öncəsi Ardaya böyük müjdə
Bugun.az

Arda üçün anlaşma əldə edildi - Alonso razılıq ver...
Bugun.az

"Real"da Arda ilə bağlı inqilabi qərar - Karyerası...
Bugun.az

Alonso Arda ilə bağlı "Real"dan bunu tələb etdi
Bugun.az

Alonso Ardadan bunu tələb etdi
Bugun.az

“Barselona” 28-ci dəfə La Liqanın çempionu oldu
Bugun.az


