Almaniya Ukraynaya yeni yardım paketi təqdim etdi
Almaniya müdafiə naziri Boris Pistoriusun Kiyevə səfəri fonunda Ukraynaya təhvil verilən silahların, o cümlədən 20 MRAP zirehli maşını, 600 HF-1 hücum pilotsuz təyyarəsi və digər hərbi avadanlıqların siyahısı yenilənib.
Metbuat.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytında dərc olunan Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım siyahısında yer alıb.
Yeni paketə, həmçinin “Leopard 1” tankları üçün mərmilər, 139 müxtəlif tipli kəşfiyyat PUA-ları, 14 min 155 mm çaplı artilleriya, 19 min 122 mm çaplı top mərmiləri daxildir.
Çatdırılmaya hazırlıq mərhələsində 5 “Marder” piyada döyüş maşını, 9 “RCT-30” zirehli transportyoru, 18 “RCH 155” özüyeriyən artilleriya qurğusu var.
Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür.
Oxşar xəbərlər
ABŞ-dan Ukraynaya yeni hərbi yardım
Son Xeberler
Almaniya Ukrayna ordusuna 25 "Leopard" göndərəcək
Ən Son Xəbərlər
Çin Tayvana hərbi dəstək verən ABŞ-yə xəbərdarlıq...
Bugun.az
ABŞ Ukraynaya hərbi yardım ayırır
Son Xeberler
Britaniya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir...
Son Xeberler
Qərb Ukraynaya qoşun göndərməyəcək - KİV
Bugun.az