
Ağstafada ailə faciəsi -İkinci körpə də öldü

Ağstafada uşaq ölümü faktı qeydə alınıb.
Metbuat.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Qırılı kəndində baş verib.
Kənd sakini 2024-cü il təvəllüdlü N.İsmayılova valideynləri tərəfindən ağır vəziyyətdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Müayinə zamanı azyaşlının öldüyü məlum olub. Onun ölüm səbəbi hələlik açıqlanmayıb.
Qeyd edək ki, ötən ilin avqustunda İsmayılovların böyük övladları 2022-ci il təvəllüdlü G.İsmayılzadə qıcolma diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, lakin həkimlərin müayinəsi zamanı G.İsmayılzadənin öldüyü məlum olub.
Xatırladaq ki, bu ailədə baba və nənənin də faciəvi ölümü diqqət çəkib. 2024-cü il sentyabrın 8-də Qırılı kənd sakini, 1965-ci il təvəllüdlü Füzuli İsmayılov nərdivanı hasara söykəyərək üzüm yığan zaman hasar aşıb, nəticədə Füzuli İsmayılov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşların altında qalaraq ölüblər.
Oxşar xəbərlər

Gəncədə yeni doğulmuş körpə öldü
Bugun.az

Ailə faciəsi:
Son Xeberler

Ailə faciəsi: 5 qardaş eyni evdə öldü
Xəbər Anı

Sabirabadda körpə ölü doğuldu
Bugun.az

Hindistan Xəstəxanasında Yanğın: 10 Körpə Həyatını...
Son Xeberler

Dörd gün komada qalan qadın sağlam körpə dünyaya...
Bugun.az