
Ağdamın üç kəndinə qayıdış gözlənilir - VİDEO

Ağdamda genişmiqyaslı tikinti və bərpa işləri həyata keçirilir. Şəhərin və kəndlərin sürətli bərpası ilə yanaşı, burada yaşayacaq sakinlər üçün müasir infrastruktur yaradılır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün hər cür şərait təmin olunur.
Metbuat.az “ATV Xəbər”ə istinadən bildirir ki, yenidən qurulan Ağdam şəhəri ilə yanaşı, kəndlərin də tikintisi davam edir. Böyük Qayıdış proqramı çərçivəsində Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində genişmiqyaslı tikinti və quruculuq işləri aparılır, infrastruktur layihələri həyata keçirilir.
Bu kəndlərdə tikinti işləri artıq son mərhələyə çatıb. Xıdırlı kəndində 719, Sarıcalıda 200, Kəngərlidə isə 292 fərdi evin tikintisi tamamlanmaq üzrədir. Eyni zamanda, burada emalatxanalar, icma mərkəzləri, çoxfunksiyalı binalar, məktəblər, bağçalar və kənd bazarlarının tikintisi də başa çatmaq üzrədir.
Qeyd edək ki, 2025-ci ilin sonuna qədər Ağdamda 10 minə yaxın əhalinin məskunlaşması nəzərdə tutulur.
Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....
Bütün məqalələrə baxınOxşar xəbərlər

Növbəti köç karvanı Ağdamın Sarıcalı kəndinə yola...
Bugun.az

Xocalının Təzəbinə və Şuşakənd kəndlərinə növbəti...
Azəri Xəbər

Növbəti Köç Karvanı Xocalının Təzəbinə Kəndinə Çat...
Azəri Xəbər

Hadrut və Xocalının Badara kəndinə ilk köç olacaq
Bugun.az

Hərbçilərimiz Qubadlının bu kəndinə daxil oldu -
Son Xeberler

Prezidentin köməkçisi azad edilmiş ərazilərdə apar...
Son Xeberler