🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

AFFA-dan “Turan Tovuz”a xəbərdarlıq

24.02.2025 13:25 10 baxış sayı 1 dəq. oxuma
AFFA-dan “Turan Tovuz”a xəbərdarlıq

AFFA “Turan Tovuz” klubuna xəbərdarlıq edib.

Metbuat.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, buna Tovuz təmsilçisinin Misli Premyer Liqasının XXIV turunun “Şamaxı” ilə oyunundan öncə bəyanat yayması səbəb olub.

Bu, İntizam Komitəsi tərəfindən AFFA və PFL-in imicinə zərər vuran əsassız addım hesab edilib.

Qeyd edək ki, bəyanatda “Turan Tovuz”un qar səbəbindən VAR sisteminin və canlı yayımın olmayacağı oyunun şəffaf keçiriləcəyinə dair şübhələrinin olduğu qeyd edilib. Görüş Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Paylaş: