
ABŞ və Ukrayna arasında imzalanmış sazişin detalları açıqlandı

Ağ ev ABŞ və Ukrayna arasında imzalanmış iqtisadi tərəfdaşlıq sazişinin təfərrüatlarını açıqlayıb.
Metbuat.az xəbər verir ki, açıqlamaya görə, müqavilə ABŞ və Ukrayna arasında yenidənqurma və modernləşmə üçün strateji tərəfdaşlığı gücləndirəcək. Bildirilib ki, tərəfdaşlıq Birləşmiş Ştatların Ukraynanın azad, dinc və suveren gələcəyinin təmin edilməsinə iqtisadi cəhətdən töhfə verdiyini nümayiş etdirir. Açıqlamada, ortaqlıq çərçivəsində Ukraynadakı təbii sərvət layihələrindən əldə edilən qonorar, lisenziya gəlirləri və bənzər ödənişlərin 50 faizinin köçürüləcəyi fond yaradılacağı bildirilib.
Bəyanatda vəsaitlərin Ukraynada həm Amerika, həm də Ukrayna xalqı üçün gəlir təmin edəcək yeni layihələrə yatırılacağı və vəsaitlərin Ukraynada iqtisadi artım, məşğulluq və inkişaf prioritetləri üçün istifadə ediləcəyi bildirilib. Açıqlamada fondun üç ukraynalı və üç amerikalı üzvün təmsil olunduğu idarə heyəti tərəfindən idarə ediləcəyi və qərarların birgə proseslə qəbul ediləcəyi qeyd edilib.
Oxşar xəbərlər

Vətəndaşlara ŞAD XƏBƏR:
Son Xeberler

ABŞ Yunanıstanda 20 yeni hərbi baza qurur
Son Xeberler

ABŞ Ukrayna ilə yeraltı sərvətlər barədə saziş bağ...
Bugun.az

ABŞ Ukrayna ilə yeraltı sərvətlər barədə saziş bağ...
Bugun.az

Azərbaycan və Ukrayna prezidentləri Davosda görüşd...
Bugun.az

Ukrayna Rusiya ilə Torpaq Məsələsini Müzakirə edir...
Bugun.az