
ABŞ ticarət sazişini pozub - Çin

Çin ABŞ-nin Pekinlə imzaladığı ticarət müqaviləsini pozduğunu irəli sürüb.
Metbuat.az xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi açıqlama verib. Açıqlamada deyilir ki, Pekin maraqlarını qorumaq üçün tədbirlər həyata keçirəcək. Açıqlamada, "Çin sazişi ciddi qəbul edib, onu ciddi şəkildə yerinə yetirib və fəal şəkildə dəstəkləyib. Bunun əksinə olaraq, ABŞ Çinə qarşı dəfələrlə ayrı-seçkilik xarakterli məhdudlaşdırıcı tədbirlər tətbiq etməklə sazişi ciddi şəkildə pozub" - deyə bildirilib.
Qeyd edək ki, İsveçrənin Cenevrə şəhərində iki ölkə arasında ticarət sazişi imzalanmışdı. Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Çinin ABŞ ilə imzaladığı ticarət müqaviləsinin pozduğunu irəli sürmüşdü.
Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.
Bütün məqalələrə baxınOxşar xəbərlər

ABŞ və Avropa Birliyi arasındakı ticarət razılaşm...
Bugun.az

Azərbaycanın ticarət etdiyi ölkələrin sayı açıqlan...
Bugun.az

İrlandiya İsrailə qarşı konkret addımlar atmağa ça...
Bugun.az

Buzovnada ticarət mərkəzi yandı
Bugun.az

ABŞ bəzi mallara rüsumların ləğv olunmasını nəzərd...
Azəri Xəbər

İri ticarət mərkəzlərinin açılması ilə bağlı
Son Xeberler