
ABŞ ordusu sərhədə ordu yerləşdirdi

ABŞ ordusu Meksika sərhədinə minlərlə “giriş qadağandır” lövhəsi yerləşdirib.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Sean Parnell açıqlama verib. O, ölkənin cənubda hərbi mövcudluğunu artırmaq üçün Meksika sərhədinin təxminən üçdə birini əhatə edəcək yeni hərbi zonaların yaradıldığını açıqlayıb. Məlumata görə, mülki şəxslərin yüzlərlə kilometr əraziyə girişi məhdudlaşdırıb. Sean Parnellin sözlərinə görə, Arizonadakı hərbi qüvvələr təxminən 225 kilometr federal ərazini və Texasın cənubunda 400 kilometrlik ərazini hərbi nəzarətə alıb. Sözçü Parnell bildirib ki, hərbi zonaların genişləndirilməsi sərhəddə insan alveri və narkotik kartelləri ilə mübarizədə təhlükəsizlik boşluqlarını aradan qaldırmaq məqsədi daşıyır.
ABŞ-nin sərhəddə tam nəzarətin qurulması istiqamətində fövqəladə irəliləyiş əldə etdiyini bildirən Parnell, bu istiqamətdə səylərin qətiyyətlə davam edəcəyini bildirib.
Oxşar xəbərlər

Türkiyə bölgədə 300 minlik ordu qurur
Bugun.az

Haşim Safiyuddin öldürüldü
Xəbər Anı

Ordu əməliyyata başladı: Düşmənin 2 komandiri məhv...
Son Xeberler

İsrail Livana Yenidən Hücum Etdi: Haşim Safiyuddin...
Son Xeberler

Kolumbiyada müharibə - Onlarla ölü var
Bugun.az

Prezident 1-ci Ordu Korpusunun komandirini təbrik...
Son Xeberler