
ABŞ-nin İtaliyadakı hərbi bazasında həyəcan yaşandı

ABŞ-nin İtaliyadakı hərbi-dəniz hava bazası təhlükəsizlik hadisəsi səbəbindən bağlanıb.
Metbuat.az xəbər verir ki, NATO-nun Aralıq dənizindəki əməliyyatları üçün əsas mərkəz olan “Sigonella” dəniz hava bazası əsgərlərə olduqları yerdə qalmalarını əmr edib. Bazanın rəsmi “Facebook” hesabında deyilir ki, bazanın personalına yaşayış kompleksi ilə baza arasında səyahətdən çəkinmələri əmr edilib. Bazanın açıqlamasında deyilir ki, İtaliya polisinin və bomba qrupunun şübhəli bir paketi araşdırdığı və təhdid olmadığı müəyyən edilib. Ardınca bazanın fəaliyyəti bərpa edilib.
Qeyd edək ki, “Sigonella” Siciliya adasında yerləşir. ABŞ personalı bölgədə mümkün raket təhdidlərini müəyyən etmək üçün işləyir.
Oxşar xəbərlər

Qarabağ Universiteti “Scopus” axtarış bazasında
Edumap.az Təhsil Portalı

ABŞ-ın hərbi bazalarında kütləvi yoluxma
Son Xeberler

397 il sonra bir ilk yaşandı
Son Xeberler

Hərbi Xidmətçilər üçün Hərbi-Həkim Komissiyasından...
Bugun.az

SON DƏQİQƏ: DİM məlumat yaydı -
Son Xeberler

Bu hərbi qulluqçuların siyahısında dəyişiklik edil...
Xəbər Anı