
ABŞ İsrailə 17.9 Milyard Dollar Hərbi Yardım Etdi

ABŞ, İsrail Qəzzada genişmiqyaslı əməliyyatlara başlamasından bəri, Təl-Əvivə 17.9 milyard dollar hərbi yardım göndərib.
“Brown” Universitetinin “Watson” Beynəlxalq və İctimai Münasibətlər İnstitutu tərəfindən hazırlanan hesabata görə, ABŞ İsrailə Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində 6.8 milyard dollar, müdafiə sistemlərinin yenilənməsi üçün 5.7 milyard dollar və digər yardımlar edib. İsrailə göndərilən 17.9 milyard dollarlıq hərbi yardımın bir hissəsi, əvvəlki illərdə əldə edilmiş razılaşmalara əsaslanır.
Hesabatda “Washington Post” qəzetinin, ABŞ-ın İsrailə 100-dən çox hərbi satışa gizli icazə verdiyinə dair xəbərinə də istinad olunur.
“Washington Post” qəzetinin adı açıqlanmayan amerikalı rəsmilərə əsaslanaraq verdiyi məlumata görə, bir sıra dəstəklər barədə ictimaiyyətə açıqlama verilmir və məsələ barədə yalnız Konqresə məlumat verilir.
Oxşar xəbərlər

Vahid Ələkbərov bu il 6 milyard dollar itirib
Son Xeberler

Elon Maskın sərvəti rekord həddə çatdı
Son Xeberler

AMD Tarixdə İlk Dəfə Intel-i Qabaqladı!
Texnologiya xəbərləri

“Apple” 180 milyard dollar itirdi
Son Xeberler

Dünya Bankası Azərbaycana 3,9 Milyard Dollar Yardı...
Son Xeberler

ABŞ-dan Ukraynaya yeni hərbi yardım
Son Xeberler