
Abid Qafarov Baş Prokurorluğa çağırıldı

Xaricdə yaşayan və özünü ictimai fəal kimi təqdim edən Abid Qafarov Azərbaycanın Baş Prokurorluğuna çağırılıb. Baş Prokurorluğun İstintaq İdarəsi 1981-ci il təvəllüdlü Qafarov Abid Abdin oğluna Cinayət-Prosessual Məcəlləsinin (CPM) 467-13.4-cü maddəsinə əsasən rəsmi bildiriş göndərib. Bu bildirişdə cinayət prosesini həyata keçirən orqanın adı və ünvanı qeyd olunub. Təqsirləndirilən şəxsə göstəriş verilib ki, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 20 noyabr 2025-ci il tarixində, saat 12:00-da Baş Prokurorluğun İstintaq Baş İdarəsinin Bakı şəhəri, Binəqədi rayonunda yerləşən inzibati binasına gəlməlidir. Bu çağırış Qafarovun barəsində açılmış cinayət işi ilə əlaqədardır.
Abid Qafarova qarşı ittihamın mahiyyəti genişdir. 252006069 saylı cinayət işi üzrə 23 fevral 2025-ci il tarixində Qafarov Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Sənədlərə görə, o, istintaq orqanından qaçaraq ölkə hüdudlarından kənarda gizləndiyi üçün həmin tarixdə haqqında axtarış elan olunub. Elə həmin gün, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Qafarov barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. Sonradan, 18 sentyabr 2025-ci il tarixində ittihamın məzmununa əlavələr və dəyişikliklər edilib. Artıq o, Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Yeni qərara əsasən, Abid Qafarov digər şəxslərlə əlbir olan bir qrup şəxs kimi fəaliyyət göstərməkdə şübhəli bilinir. İttihamlar Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış mövcud hakimiyyətə qarşı zor tətbiqi yolu ilə çıxmağa təşviq etməkdən ibarətdir. Onun 26 fevral 2024-cü il və 28 aprel 2024-cü il tarixlərində təkrarən zorla hakimiyyəti ələ keçirməyə yönələn açıq çağırışlar etdiyi iddia edilir. Bu məzmunlu video materiallar "AzerFreedom TV" adlı YouTube kanalında yayılıb. Bundan başqa, o, Sevinc Osmanqızı Mirzəyeva və digərləri ilə əlbir olaraq, 26 iyun 2024-cü ildə və 9 dekabr 2024-cü il tarixində hakimiyyəti zorla ələ keçirməyə və kütləvi iğtişaşlara açıq çağırışlar etməkdə ittiham olunur. Həmçinin 5 sentyabr 2024-cü il tarixində eyni məqsədlə, hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar etdiyi barədə də əsaslı şübhələr mövcuddur.
Təqsirləndirilən şəxsə onun prosessual hüquqları barədə məlumat verilib. Cinayət-Prosessual Məcəlləsinin 467-13.3-cü maddəsinə görə, o, ibtidai istintaqda iştirak etmək və öz seçimi əsasında müdafiəçi ilə təmin olunmaq hüququna malikdir. Əgər müdafiəçinin xidmətindən istifadə edirsə, onunla bağlı məlumatları istintaq orqanına göndərməlidir. Qafarova xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi təqdirdə, CPM ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla bilər. Bu vəziyyət qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə nəticələnə bilər.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Qabil Məmmədov Baş Prokurorluğa çağırıldı -VİDEO
Bugun.az

Fərman İsmayılovun nəşi Baş Prokurorluğa təhvil ve...
Son Xeberler

Abid Şərifov insult keçirdi - Vəziyyəti ağırdır
Bugun.az

"Bunu böyütmək nəyə lazımdır?" -
Son Xeberler
Göyçayda toy karvanında avtoxuliqanlıq edən sürücü...
Azəri Xəbər

İbrahim Tatlısəs oğlunu həbs etdirdi
Bugun.az


