80-dən çox dövlət lideri COP29-da iştirak edib - Bayramov
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bəzi dünya liderlərinin COP29-da iştirak etməməsinə münasibət bildirib.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında deyib ki, indiyə qədər 80-dən çox ölkənin dövlət və hökumət başçıları COP29-da iştirak edib.
“Konvensiyaya üzv olan 198 tərəf var. Bir-iki istisnanı çıxmaq şərti ilə, 198 tərəfdən demək olar hamısının nümayəndə heyəti Bakıdadır. Onlar hazırda bu mövzu ilə məşğul olurlar. Bu və ya digər liderin iştirak edib-etməməsinə gəlincə isə, Azərbaycan olaraq, bizim qapımız hər kəsin üzünə açıqdır. Biz onların hər birini konfransda görməkdən məmnun olardıq. Biz indi ancaq Konfransın uğuruna köklənməliyik”, - nazir qeyd edib.
Oxşar xəbərlər
COP29-da Rusiya nümayəndə heyətinə rəhbərlik edəcə...
Bugun.az
Prezident ona yüksək vəzifə verdi - FOTO
Bugun.az
COP29-da Türkiyə pavilyonunun açılışı oldu
Bugun.az
İslamabadda COP29-a Hazırlıq Panel Müzakirəsi Keçi...
Bugun.az
COP29 xüsusi marşrutları üzrə daşınan sərnişinləri...
Bugun.az
COP29-da Pulsuz Xidmət Kimlərə Məxsusdur?
Bugun.az