
600 milyonu zibilliyə atdı - İndi tapmasına icazə vermirlər

Uelsdə bələdiyyə zibilxanasına təsadüfən atılan 600 milyon funt sterlinq dəyərindəki bitkoinlə bağlı müzakirələr davam edir.
Metbuat.az xəbər verir ki, bitkoinin sahibi Cayms Hovells sərvətini tapmaq istəsə də, müxtəlif səbəblərə və maneələrə görə buna nail ola bilməyib. Məlumata görə, Hovells zibilxanada axtarış etmək hüququnu əldə etmək üçün Nevport Şurasına qarşı Böyük Britaniyanın Ali Məhkəməsində iddia qaldırıb. Lakin məhkəmə bunu təmin etməyib. Həmçinin bələdiyyənin zibilxananı bağlamaq qərarı Hovellsin işini daha da çətinləşdirib. Hovells sərmayəçilərlə birgə zibilxananın ərazisini satın almağı nəzərdən keçirir.
Qeyd edək ki, 2013-cü ildə Hovells bitkoin pul kisəsi olan diski zibil torbasına qoyub. Həmin vaxt onunla birlikdə yaşayan qadın, torbada zibillərin olduğunu güman edərək, onu bələdiyyənin zibilliyinə tullayıb. Hovells o vaxtdan bəri diski tapmaq üçün şuraya çoxsaylı müraciətlər edib. O, hətta pulun bir hissəsini bələdiyyə ilə bölüşdürməyi təklif edib. Lakin Nyuport şəhəri zibilliyə atılan hər şeyin artıq şəhərə aid olduğunu əsas gətirərək zibillikdə axtarış aparmaq tələbini rədd edib.
Oxşar xəbərlər

Dünyada koronavirusa yoluxanların sayı 114 milyonu...
Son Xeberler

Dünyada COVID-19-a yoluxanların sayı 68 milyonu ke...
Son Xeberler

Dünyada COVID-19-dan ölənlərin sayı 2.5 milyonu öt...
Son Xeberler

Paşinyan bunun üçün Bakıdan icazə istəyir -
Son Xeberler

Türkiyədə vaksinasiyadan keçənlərin sayı 3 milyonu...
Son Xeberler

Repetitor xidmətlərinə icazə verildi
Son Xeberler