
47 yaşlı kişi böyük qardaşını öldürdü

Ağdaşda qətl törədilib.
Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Aral-2 kəndində qeydə alınıb.
Kənd sakini, 1977-ci il təvəllüdlü Qalib Soltanəli oğlu Musayev yaşadığı evdə aralarında yaranmış münaqişə zəminində qardaşı, 1975-ci il təvəllüdlü Mirmehdi Musayevi bıçaqlayıb.
Qarın nahiyəsindən bıçaq xəsarəti alan Mirmehdi Musayev aldığı xəsarətdən ölüb.
Hadisəni törədən Q.Musayev polis tərəfindən tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.
ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Ağdərədə 31 yaşlı kişini elektrik cərəyan vuraraq...
Bugun.az

26 yaşlı kişi həyat yoldaşını dönərxanada BIÇAQLAD...
Son Xeberler

68 yaşlı kişi qəbiristanlıqda öldü
Bugun.az

Abşeronda kişini elektrik cərəyanı vuraraq öldürdü
Bugun.az

Arvadı qəzada ölən erməni beş yaşlı qızına rəhm et...
Son Xeberler

Sumqayıtda 71 yaşlı kişi yıxılaraq ölüb
Azəri Xəbər


