
3-cü dünya müharibəsi 89 saniyə davam edəcək - Hesabat

Pentaqon və RAND tərəfindən hazırlanan hesabatlar gələcək illərdə qlobal gərginliyin yüksələcəyini göstərir. Bu sənədlərdə böyük güclər arasındakı münaqişə riskinin 2026-2027-ci illərdə pik həddə çatacağı iddia edilir. Bu təhlillər əsasən Çin-Tayvan gərginliyi və Rusiya-NATO qarşıdurması fonunda aparılıb. Hesabatlar nüvə silahlarından istifadə riskini 48 faiz olaraq qeyd edir.
Ən dəhşətli proqnoz isə qlobal nüvə müharibəsinin nəticələri ilə bağlıdır. Bildirilir ki, belə bir müharibə baş verərsə, dünya 89 saniyə içərisində tamamilə məhv ola bilər. Bu rəqəmlər beynəlxalq təhlükəsizlik mühitinin nə qədər həssas olduğunu ortaya qoyur. Böyük güclər arasındakı müharibə təhlükəsi təkcə yer kürəsi ilə məhdudlaşmır. Hesabata görə, kosmik müharibə ehtimalı 45% təşkil edir. Simulyasiyalar ABŞ üçün ciddi fəlakət ssenarilərini də açıqlayır. Əgər Çin Tayvana hücum edərsə, Birləşmiş Ştatların faciə ilə üzləşəcəyi proqnozlaşdırılır. Hesabatda ABŞ-ın ilk hücumlarda 10000 əsgərini itirə biləcəyi göstərilir. RAND Araşdırma Mərkəzi xəbərdarlıq edir ki, zəruri addımlar atılmazsa, nəticə sadəcə məğlubiyyət deyil, həm də "strateji fəlakət" olacaq.
Vaşinqtondakı araşdırma təşkilatı “Atlantik şurası” da oxşar narahatlıqları təsdiqləyən bir sorğu keçirib. Bu sorğuya 350-dən çox general, diplomat və kəşfiyyat zabiti qatılıb. Sorğuda iştirak edənlərin 40 faizi 2035-ci ilə qədər böyük bir dünya müharibəsinin baş verə biləcəyini irəli sürüb. Mütəxəssislər arasında risk qiymətləndirmələri olduqca yüksəkdir. Sorğu göstərir ki, Rusiya-NATO münaqişəsi təhlükəsi 69% təşkil edir. Çinin Tayvan üzərində hərbi əməliyyat keçirmə ehtimalı isə 65% səviyyəsində qiymətləndirilir. Eyni zamanda, sorğuda iştirak edənlər nüvə silahlarından istifadə ehtimalını da 48% olaraq qiymətləndiriblər. Bu cür yüksək faiz göstəriciləri qlobal sülhün qorunması üçün strateji fəlakət risklərini azaltmağın nə qədər vacib olduğunu vurğulayır.
Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.
Bütün məqalələrə baxınOxşar xəbərlər

“Qiyamət saatı”na müdaxilə edildi
Bugun.az

Qış Azərbaycana bu tarixdə daxil olacaq
Bugun.az

Orbandan xəbərdarlıq:III Dünya müharibəsi riski ar...
Bugun.az

Bizi Üçüncü Dünya müharibəsi ilə qorxutmağa ehtiya...
Bugun.az

Azərbaycana qış gəldi
Bugun.az

Yay fəslinin Azərbaycana gəlmə vaxtı açıqlandı
Son Xeberler


