
"28 May"dan "Nizami"yə metro işləməyəcək

Xatırladaq ki, bir müddət öncə "Cəfər Cabbarlı-Nizami" mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşasıyla əlaqədar "28 May" stansiyasından qatarların "Dərnəgül" istiqamətində hərəkətinə məhdudiyyət qoyulacağını xəbər vermişdik.
Buna görə də "Dərnəgül” - "Həzi Aslanov” xətti yalnız "Nizami” stansiyasına qədər fəaliyyət göstərəcək. Həmçinin "Həzi Aslanov” - "İçərişəhər” xətləri üzrə qatarlar "28 May” stansiyasında dayanmayacaq.
Tədris ilinin başlanmasıyla əlaqədar metrodan istifadə edənlərin sayı artdığı üçün ictimaiyyətə maraqlıdır ki, sözügedən inşaat işləri nə vaxt başlayacaq?
"Bakı Metropoliteni"nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, işlərin başlanması 2026-cı ilin əvvəlində nəzərdə tutulub. Ondan əvvəl isə hazırlıq işləri başlayacaq.
Bəs "Nizami”yə gedənlər üçün hansı imkanlar yaradılacaq?
Bəxtiyar Məmmədov qeyd edib ki, sərnişinlərin "Nizami” stansiyasına gedişi yerüstü formada təşkil olunacaq.
"Bu istiqamətdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə birlikdə intensiv iş aparılır. İnşaat işlərinin başlanmasına yaxın zamanda ictimaiyyətə məlumat veriləcək”.
Bəzi fikirlərə görə, "Nizami”yə gediş üçün ödənişsiz avtobuslar təşkil oluna bilər. Bu iddialar doğrudur?
"Bu məsələlərin ictimaiyyətə açıqlanacaq detalı hələki yoxdur. Yerüstü istiqamətdə imkanlar yaradılacaq”, deyə qurum rəsmisi bildirib.
Oxşar xəbərlər

Metro nə vaxt açılacaq? -
Son Xeberler

Həftə sonları taksi də işləməyəcək
Son Xeberler

Bu yollarda tıxac var - SİYAHI
melumat.tv

Həftəsonları ictimai nəqliyyat yenə işləməyəcək -
Son Xeberler

Bakıda Yolların Sıxlığı
Bugun.az

Gələn ay da həftəsonları ictimai nəqliyyat işləməy...
Son Xeberler