Biznes İcmal

Bu kateqoridakı xəbərlərin son icmalı

Disruptive 10 milyard dollarlıq fond yaradıb

Dallasda yerləşən Disruptive investisiya şirkəti 10 milyard dollarlıq fond yaratdığını açıqlayıb. Fond ən azı 10 gec mərhələ şirkətinə investisiya yatırmağı hədəfləyir, hər bir şirkətə ayrılan məbləğ 1 milyard dollara qədər ola bilər.


"Re:Build" 2,1 milyard dollar investisiya cəlb edib

Massachusetts ştatında yerləşən istehsal akseleratoru "Re:Build"2,1 milyard dollar investisiya cəlb edib. Şirkət 2023-cü ildə elektromobil startapı "Slate Auto"nu məhz öz strukturundan ayıraraq müstəqil fəaliyyətə buraxmışdı.


Guidewire Hyperexponential şirkətini 1,7 milyard dollara alır

Siyğorta texnologiyaları sahəsində fəaliyyət göstərən Guidewire şirkəti agent əsaslı anderraytinq üzrə ixtisaslaşan Hyperexponential şirkətini 1,7 milyard dollar nağd pulla aldığını açıqlayıb. Razılaşmanın gələn il ərzində bağlanacağı gözlənilir.


"AZCON Holding"in IE Universiteti ilə birgə proqramı yekunlaşıb

"AZCON Holding" və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management" proqramı başa çatıb.


Milyardçı Palmer Lackey vergi səbəbindən Kaliforniyadan getmir

Palmer Lackey 21 yaşından bəri Kaliforniya milyardçısıdır. 2014-cü ildə ilk şirkəti olan virtual reallıq eynəkləri istehsalçısı Oculus VR-ı Facebook-a 2 milyard dollara satıb. Hazırda rəhbərlik etdiyi müdafiə texnologiyaları şirkəti Anduril Kaliforniyada fəaliyyətini davam etdirir.