Biznes İcmal

Bu kateqoridakı xəbərlərin son icmalı

ADEX-2026 Bakıda işinə başlayıb, dünyanın aparıcı müdafiə şirkətləri bir araya gəlib

Bakıda ADEX-2026 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi öz işinə başlayıb. Sentyabrın 30-dan oktyabrın 2-dək Bakı Ekspo Mərkəzində keçirilən tədbir artıq Azərbaycanın müdafiə sənayesi sahəsində ən vacib beynəlxalq tədbirlərindən birinə çevrilib. Sərgi dünyanın aparıcı müdafiə şirkətlərini Bakıda bir araya gətirib.


ABŞ-ın müdafiə sənayesi şirkətləri də ADEX 2026 sərgisində iştirak ediblər. Bu il keçirilən sərgi ABŞ-ın xüsusilə geniş iştirakı ilə diqqət çəkir və ilk dəfə iştirak edən ABŞ müdafiə sənayesi şirkətləri də tədbirdə təmsil olunub.


Özəl sektorun müdafiə sənayesində iştirakı genişlənib

Müdafiə sənayesi naziri Vüqar Mustafayev bildirib ki, son illərdə özəl sektorun müdafiə sənayesində daha fəal iştirakı təmin edilib. Nazir bunu ADEX-2026 sərgisi və Securex Caspian tədbiri çərçivəsində deyib.


ADEX-2026 çərçivəsində sentyabrın 30-da müdafiə sənayesi üzrə ali təhsil, kadr hazırlığı, elmi-tədqiqat və texnologiya sahəsində əməkdaşlıq haqqında Memorandum imzalanıb.


Türkiyənin "Karel" şirkəti Azərbaycan HHQ-nin modernləşdirilməsində iştirakı hədəfləyir

Türkiyənin texnologiya və mühəndislik sahəsində fəaliyyət göstərən "Karel" şirkəti Azərbaycan Hərbi Hava Qüvvələrinin platforma modernləşdirilməsi layihəsində yer almağı planlaşdırır. Bu barədə şirkətin biznesin inkişafı üzrə qrup müdiri Barış Bilir məlumat verib.


BMW 8 min işçini ixtisar edəcəyi yeni qlobal strategiyasını təqdim edib

Alman lüks avtomobil istehsalçısı BMW Qrupu ard-arda gələn mənfəət xəbərdarlıqları və səhmlərindəki kəskin enişdən sonra investorların etimadını bərpa etmək məqsədilə yeni qlobal strategiyasını açıqlayıb. Şirkət "Kapital Bazarları Günü" tədbirində yeni strategiyasını təqdim edib. Strategiya çərçivəsində BMW 8 min işçini ixtisar edəcək.


FedEx Harbinger-dən 300 milyon dollarlıq elektrik yük maşını sifarişi verib

FedEx elektrikli yük maşınları istehsal edən Harbinger şirkətindən 300 milyon dollar dəyərində 2000 ədəd elektrik yük maşını sifariş edib. Artıq istehsalata başlamış Harbinger şirkəti bütün sifarişi gələn ilin sonuna qədər çatdırmağı planlaşdırır.


Sahibkarlıq sahəsində yoxlamaların aparılması qadağan ediləcək

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırıldığı müddətdə yoxlayıcı orqan tərəfindən hər hansı yoxlama tədbirlərinin aparılması qadağan ediləcək. Bu barədə Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun layihəsində nəzərdə tutulub.


Məsafədən verilən kreditlərə dair yeni tələblər qüvvəyə minir

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarları ilə təsdiq edilmiş kredit risklərinin idarə edilməsi qaydalarına edilən dəyişikliklər sabahdan qüvvəyə minir. Bu dəyişikliklər həm banklara, həm də bank olmayan kredit təşkilatlarına (BOKT) şamil edilir.


İnvestisiya təşviqi mexanizmi 17 strateji istiqaməti əhatə edir

Yeni istehsal müəssisəsi yaratmaq, mövcud biznesi genişləndirmək və ya yeni texnologiyalara investisiya yatırmaq istəyən sahibkarlar üçün əsas məsələlərdən biri xərclərlə bağlıdır. Avadanlığın alınması və idxalı, istehsal sahəsinin yaradılması və digər xərclər sahibkarların investisiya qərarlarına təsir göstərir. Hazırda investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir.