Biznes İcmal

Bu kateqoridakı xəbərlərin son icmalı

McDonald's 8,5 milyard dollarlıq dönüşüm planını açıqladı

Dünyanın ən böyük fast food şəbəkələrindən olan McDonald's istehlakçı vərdişlərindəki dəyişikliklərə uyğunlaşmaq üçün genişmiyqyaslı dönüşüm hazırlığına başlayıb. Şirkət növbəti 10 ili əhatə edən 8,5 milyard dollarlıq plan çərçivəsində həm menyusunu, həm restoranlarını, həm də texnoloji infrastrukturunu tamamilə yeniləməyi hədəfləyir.


RedotPay maliyyə auditini tamamlayıb, ABŞ-da IPO planlarını davam etdirir

Stablecoin ödəniş şirkəti RedotPay maliyyə auditini başa çatdırdığını bildirib. Şirkətin sözlərinə görə, bu audit onun birja listinginə hazırlıq prosesinin bir hissəsidir. Şirkət avqust ayında listingin dayandırıldığı barədə yayılan məlumatı da təkzib edib.


ASCO bərələrlə avtotexnika daşınmasını 10 faiz artırıb

Bu ilin yanvar-avqust aylarında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) gəmi-bərələri ilə 28 178 ədəd avtotexnika daşıyıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz çoxdur. Şirkətin məlumatına görə, avtotexnika daşımaları tonla ifadədə də artım nümayiş etdirib.


AMB ilə Qazaxıstan Milli Bankı insan kapitalının idarə edilməsini müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və Qazaxıstan Milli Bankı arasında insan kapitalının idarə edilməsi mövzusunda görüş keçirilib. Qazaxıstan Milli Bankının nümayəndə heyəti insan resurslarının idarə edilməsi sahəsində təcrübə mübadiləsi məqsədilə AMB-də səfərdə olub.


Yelo Bank ilk kredit müraciətinə 1% endirim və 0% komissiya təklif edir

Yelo Bank ilk dəfə nağd kredit əldə edən müştərilərə xüsusi təklif irəli sürür. Bankdan ilk dəfə nağd kredit götürən müştərilərə salamlama hədiyyəsi olaraq kredit tarifinə əlavə 1% endirim tətbiq olunur. 50 000 AZN-dək kreditlər 0% komissiya şərti ilə təqdim edilir.