"Bakı Ağ Şəhər" layihəsi investisiya üçün yeni imkanlar yaradır
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) çıxışı zamanı bildirib ki, "Bakı Ağ Şəhər" layihəsi şəhərsalma və investisiya sahəsində yeni imkanlar açır.
Quliyevin sözlərinə görə, layihə həm yerli, həm də xarici investorlar üçün cəlbedici perspektivlər təqdim edir.
Azad edilmiş ərazilərdə şəhərsalma işləri davam edir
Qarabağ və Şərqi Zəngəzurda 12 şəhər və 11 qəsəbənin inkişafı kompleks şəkildə planlaşdırılır. Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) məlumat verib.
Quliyev qeyd edib ki, azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı görülən işlər müvafiq plan əsasında həyata keçirilir.
ASB Bank Londonda fəaliyyətini genişləndirmək istiqamətində danışıqlar aparır
"Azərbaycan Sənaye Bankı" ASC (ASB Bank) xaricdə, o cümlədən Londonda fəaliyyət imkanlarının genişləndirilməsi istiqamətində danışıqlar aparır. Bunu "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri, ASB Bankın Müşahidə Şurasının sədri Tahir Gözəl açıqlayıb.
"Global Infrastructure Partners" ilə investisiya imkanları müzakirə olunub
Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov "Global Infrastructure Partners" şirkətinin təsisçi tərəfdaşı, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə görüşüb.
Görüşdə Azərbaycanın investisiya imkanları müzakirə olunub.
Payward kripto birjasından maliyyə infrastrukturuna çevrilməyi hədəfləyir
Kraken-in ana şirkəti Payward ticarət, ödəniş, aktiv idarəçiliyi və institusional xidmətləri vahid platformada birləşdirir. Şirkətin həmsədri Arcun Setinin sözlərinə görə, bu addım Payward-ın maliyyə infrastrukturu kimi mövqeyini gücləndirmək məqsədi daşıyır.