Biznes İcmal

Bu kateqoridakı xəbərlərin son icmalı

ADEX 2026 sərgisində kamikadze robotları və yeni silahlar nümayiş olunacaq

Bakıda keçiriləcək ADEX 2026 sərgisində atıcı silahlar, kamikadze və müşahidə dronları, kamikadze robotları, sursatlar və artilleriya vasitələri nümayiş olunacaq. Bu barədə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri Samir Ağabalayev məlumat verib.


Bir şirkəti mikro sahibkarlar üçün "Biznesdə birlikdə" proqramına start verib

Qafqazın rəqəmsal platformalarını birləşdirən ilk tam inteqrasiya olunmuş bankçılıq, ödəniş və e-ticarət ekosistemi olan Bir, mikro sahibkarlığın və inklüziv iqtisadiyyatın dəstəklənməsinə yönəlmiş "Biznesdə birlikdə" layihəsini elan edib.


Paramount və Warner Bros-un 111 milyard dollarlıq birləşməsi son maneəni keçib

Paramount və Warner Bros arasında 111 milyard dollarlıq birləşmə prosesi ABŞ-ın 12 ştatının qaldırdığı hüquqi maneələri dəf edib. Bununla da HBO Max və Paramount+ platformalarını bir çatı altında birləşdirəcək yeni media nəhənginin yaradılmasına yol açılıb.


İranın Azərbaycanla sərhədində yük maşınlarının qəbulu yaxşılaşıb

İranın Azərbaycanla sərhədində yük maşınlarının qəbulu daha yaxşı vəziyyətdədir. Bunu İranın iqtisadi işlər və maliyyə nazirinin müavini və Gömrük Administrasiyasının baş direktoru Forud Əsgəri deyib. Onun sözlərinə görə, son vaxtlar Azərbaycanla sərhəddə vəziyyət yaxşılaşıb.


Otokar Sakaryada Mercedes-Benz Conecto-nun seriyalı istehsalına başlayıb

Otokar şirkəti Sakaryadakı zavodunda Mercedes-Benz Conecto avtobuslarının seriyalı istehsalına rəsmi olaraq başlayıb. Bu addım Daimler Buses ilə böyük strateji tərəfdaşlığın başlanğıcını qoyur.