
Fabiyan Buntiç ümidlidir

“Qarabağ” Misli Premyer Liqasının 12-ci turunda doğma meydanda “Şamaxı” üzərində asan qələbə qazandı. 90 dəqiqə sonra “süvarilər”in qapıçısı Fabiyan Buntiç oyunla bağlı Azeripress.az –a danışdı.
- Bu gün darmadağını qələbə qazandız. Oyunla bağlı fikirlərin maraqlıdır...
- Deməzdim ki, asan oyun alındı. Rəqib ilk dəqiqələrdən bizə güclü müqavimət göstərdi və ilk yarıda “Şamaxı”nın müdafiəsini yara bilmədik. Yalnız fasilədən sonra vurğumuz qoldan sonra təşəbbüsü ələ aldıq və 3 xalımızı qazana bildik.
Öz performansın barədə nə deyərdin?
- Məşqlərdə maksimum çalışıram ki, baş məşqçimizin etimadını qazanım. Şans da veriləndə bütün gücümü ortaya qoyub özümü yaxşı tərəfdən göstərmək üçün vuruşuram.
- Avropa Liqasında “Ayaks”a böyük hesabla uduzduz. Səncə uğur qazana bilməməyinizin səbəbi nədir?
- Niderlandiya təmsilçisiylə oyuna yaxşı hazırlaşmışdıq. Sadəcə ilk yarıda oyunçumuzun qırmızı alması işimizi çətinə saldı. Avropa Liqasında asan rəqib olmur, həmçinin bu turnirdə buraxılan səhvlərin də əziyyətini dərhal çəkirsən.
- Növbəti sınağınız “Bude Qlimt”ə qarşıdır. Nəyə ümid edirsiz?
- Biz hər oyuna maksimum nəticə üçün çıxırır. Norveç komandası ilə oyuna da qələbə əzmi ilə çıxacağıq.